Balakən sakinindən 100 kiloqrama yaxın narkotik tərkibli bitki götürülüb

Hadisə
  • 07 avqust, 2018
  • 06:03
Balakən sakinindən 100 kiloqrama yaxın narkotik tərkibli bitki götürülüb

Balakən. 7 avqust. REPORT.AZ/ Balakən rayonunda narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

Daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb. Onun yaşadığı kəndin “Qıraq oba“ adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə