"BakuBus"ın avtobusu piyadanı vuraraq öldürüb

Hadisə
  • 05 oktyabr, 2021
  • 08:29
BakuBusın avtobusu piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “BakuBus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

44 - Tezliklə