Bakıda əvvəllər məhkum olunmuş şəxsdən tapança götürülüb

Hadisə
  • 17 dekabr, 2016
  • 07:51
Bakıda əvvəllər məhkum olunmuş şəxsdən tapança götürülüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıda əvvəllər məhkum olunmuş şəxsdən tapança götürülüb.

“Report” bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Məmmədovdan "Naqan" markalı tapança götürülüb.