Bakı yaxınlığında dəhşətli yol qəzası baş verib, ölənlər və yaralananlar var - YENİLƏNİB
- 09 avqust, 2017
- 05:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəbərə təfərrüat və fotolar əlavə olunub.
Bakı. 9 avqust. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır: "50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərxoş olması barədə məlumatlar isə həqiqəti əks etdirmir".
*** 00:30
Bakı. 9 avqust. REPORT.AZ/ Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.
"Report" xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd "Mercedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə həlak olub.
1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmudzadə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Altı yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər.