Azərbaycana 2 kiloqramdan çox heroinin keçirilməsinin qarşısı alınıb

Hadisə
  • 30 dekabr, 2019
  • 12:41
Azərbaycana 2 kiloqramdan çox heroinin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb və sorğu-sual olunub.

“Report” bu barədə Komitəyə isitinadən xəbər verir.

Məlumata görə, şifahi sorğu-sual zamanı gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirilib.

Qeyd edək ki, şəxsi yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin içəri sol qoltuq cibindən, gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd "Oksimetolon" adlı həb və cins şalvarının bel kəməri bağlanan yerin astarının altından qara rəngli rezinlərə bükülərək yerləşdirilmiş 2 385 qram olan narkotik vasitə-heroin, 3 881 qram psixotrop maddə-metamfetamin, ümumilikdə, 48 ədədüzərində "Z" nişanəsi olan metadon adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı",metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, oksimetolonisə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.