Kamboca Ticarət Palatası Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib
- 12 oktyabr, 2026
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamboca Azərbaycana Pnompendə tamhüquqlu diplomatik nümayəndəlik açmaq çağırışı ilə müraciət edib.
"Report" xəbər verir ki, bunu Kamboca Ticarət Palatasının prezidenti və ASEAN-ın İşgüzar Məsləhət Şurasının sədri Niak Oknha Kit Menq (Neak Oknha Kith Meng) Azərbaycan-Kamboca Biznes-Forumunda bildirib.
N.Kit Menq vurğulayıb ki, iqtisadiyyatın ən mühüm sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi hər iki ölkənin biznes icmaları üçün yeni perspektivlər yaratmağa imkan verəcək.
"Biz, həmçinin investisiya əməkdaşlığının fəallaşdırılması və turizm istiqamətinin inkişafı məqsədilə iki ölkə arasında birbaşa hava əlaqəsinin təşkilinin tərəfdarıyıq", - Ticarət Palatasının rəhbəri qeyd edib.
O, həmçinin xatırladıb ki, Kamboca və Azərbaycan arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub.