Baş nazir: "Azərbaycanla Kambocanın iqtisadi üstünlüklərinin birləşdirilməsi dinamik biznes ekosistemi yaradacaq"

Biznes
  • 12 oktyabr, 2026
  • 15:58
Baş nazir: Azərbaycanla Kambocanın iqtisadi üstünlüklərinin birləşdirilməsi dinamik biznes ekosistemi yaradacaq

Azərbaycan və Kambocanın bir-birini tamamlayan iqtisadi potensiallarının inteqrasiyası çiçəklənən və fəal inkişaf edən biznes ekosistemi yaratmağa imkan verəcək.

"Report" xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

"Azərbaycan energetika, neft-kimya sənayesi, bərpa olunan enerji, aqrotexnologiyalar, logistika və rəqəmsal infrastruktur sahələrində əhəmiyyətli nailiyyətlər nümayiş etdirir. Kamboca isə sürətlə inkişaf edən emal sənayesi sektoruna, aqrar sektora, "təmiz enerji" sahəsində artan potensiala, həmçinin regional bazarlara imtiyazlı ticarət çıxışına malikdir. Bu müqayisəli üstünlükləri birləşdirərək, biz dinamik bir ekosistem qurmaq imkanı əldə edəcəyik. Bu ekosistem çərçivəsində hər iki ölkənin müəssisələri birgə inkişaf edəcək və çiçəklənəcək", - o vurğulayıb.