Hun Manet: "Azərbaycanla qarşılıqlı fəaliyyəti dərinləşdirməyi hədəfləyirik"
- 12 oktyabr, 2026
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamboca və Azərbaycan qarşılıqlı fəaliyyəti dərinləşdirməyi hədəfləyir və ikitərəfli əlaqələrin inkişafı üçün iki ölkənin bir-birini tamamlayan üstünlüklərindən istifadə etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Kambocanın Baş naziri Hun Manet Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.
O qeyd edib ki, tədbir təchizat zəncirlərinə və investisiya strategiyalarının formalaşmasına təsir göstərən sürətli qlobal transformasiya şəraitində keçirilir: "Kamboca və Azərbaycan ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsinə və qarşılıqlı üstünlüklərdən yararlanmağa dəyişməz sadiqliyini nümayiş etdirir. Hər iki ölkənin işgüzar dairələrinin iştirakı özəl sektorun ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsinə və investisiya əməkdaşlığının dərinləşdirilməsinə ciddi marağından xəbər verir".