Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb

Hadisə
  • 29 dekabr, 2016
  • 05:46
Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Güzdək qəsəbəsində baş verib. 

Belə ki, 1942-ci il təvəllüdlü Baloğlanov Əlövsət Gülmalı oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Ə.Baloğlanovun uzun illərdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.