"Xankəndi"nin futbolçusu: "Quba" ilə oyunda xarakter göstərdik"
- 11 oktyabr, 2025
- 13:02

"Xankəndi" Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Quba" üzərində 2:1 hesabı ilə qələbə qazandığı matçda xarakter göstərib.
Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin futbolçusu Emin Quliyev deyib.
Futbolçu oyunun gərgin keçdiyini söyləyib:
"Gərgin oyun keçdi. Amma geridönüş etməyi bacardıq və xarakter göstərdik. Qarşıdan gələn "Qaradağ Lökbatan"la matça hazırlaşırıq. Yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik".
O, görüşün ilk hissəsində çətinlik yaşadıqlarını bildirib:
"İki fərqli hissə oldu. İlk hissədə yaxşı oynamadıq. Məşqçilərin tapşırığı və oyunçu dəyişiklikləri ilə fasilədən sonra toparlandıq. Qolları vaxtında vurduq. Oyunu qələbə ilə bitirdik".
Qeyd edək ki, "Xankəndi" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai" ilə qarşılaşacaq.