​Samir Əliyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin olunub

Futbol
  • 06 yanvar, 2016
  • 10:06
​Samir Əliyev Neftçidə köməkçi məşqçi vəzifəsinə təyin olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bir müddət əvvəl "Neftçi"nin baş məşqçisi postundan istefa verən Samir Əliyev yenidən sabiq klubuna qayıdıb. Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, S.Əliyev bundan sonra "Neftçi"də baş məşqçi Əsgər Abdullayevin köməkçisi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, S.Əliyev hazırda UEFA-nın Pro kateqoriya üzrə məşqçi kursunda iştirak edir. Lazım olan xərclər klub tərəfindən ödənilir.