"Qarabağ"ın Konfrans Liqasındakı şansları açıqlanıb

Futbol
  • 08 fevral, 2022
  • 13:21
Qarabağın Konfrans Liqasındakı şansları açıqlanıb

"Fivethirtyeight.com" statistika saytı "Qarabağ"ın UEFA Konfrans Liqasındakı şanslarını açıqlayıb.

"Report"un məlumatına görə, turnirin pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq Ağdam klubunun 1/8 finala adlama şansı 10 faiz qiymətləndirilib.

Portal "köhlən atlar"ın 1/4 finala çıxacağına 3 faiz əmsal verib. Azərbaycan təmsilçisinin yarımfinal, final və turnirin qalibi olma şansları cəmi 1 faizdir. "Marsel"in Konfrans Liqasında çempionluq şansı isə 9 faizdir.

Qeyd edək ki, "Qarabağ" Marsel təmsilçisinə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

44 - Tezliklə