"Mançester Yunayted"in baş məşqçisi Avstriya millisinə rəhbərlik edəcək

Futbol
  • 28 aprel, 2022
  • 17:45
Mançester Yunaytedin baş məşqçisi Avstriya millisinə rəhbərlik edəcək

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ralf Ranqnik Avstriya millisinin sükanı arxasına keçməyə yaxındır.

"Report"un "Kurier" nəşrinə istinadən məlumatına görə, almaniyalı mütəxəssis yığmaya rəhbərlik etməyə öz razılığını verib.

Avstriya Futbol Federasiyasının prezidenti Gerhard Milletiçin aprelin 29-da Ranqnikin namizədliyini qurumun rəyasət heyətinə təqdim edəcək. Bundan sonra 64 yaşlı baş məşqçinin təyinatı açıqlana bilər.

Qeyd edək ki, Ralf Ranqnik 2021-ci ilin dekabrından "Mançester Yunayted"ə başçılıq edir.

44 - Tezliklə