Levandovski Ginnesin Rekordlar Kitabına düşəcək
Futbol
- 15 oktyabr, 2015
- 07:53
Bakı. 15 oktyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Ginnesin Rekordlar Kitabının növbəti nəşrinə düşəcək. "Report"un məlumatına görə, polşalı hücumçu buna Bundesliqanın VII turunda "Volfsburq"la oyunda nail olub.
27 yaşlı forvard "Allianz Arena"da baş tutmuş qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub. O, 51-ci dəqiqədən başlayaraq 9 dəqiqə ərzində 5 qol vurub. Levandovski meydana daxil olarkən komandası 0:1 hesabı ilə geridə olub.
Bu nəticə ilə təcrübəli hücumçu dünya futbolu tarixində ən qısa vaxtda het-trik, poker və penta-trik edən futbolçu adına sahib çıxıb.
Qeyd edək ki, "Bavariya" - "Volfsburq" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
13:53
Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə "Sabah"ın oyununa təyinat alıb
Futbol13:44
Tahir Budaqov: Azərbaycan və Çin dövlət idarəçiliyi sahəsində əlaqələri inkişaf etdirməyi planlaşdırır
Xarici siyasət13:39
Kamerunda qızıl medal qazanan Keişa Fatimə Zəhra: "Bu nəticə üçün çox çalışmışam"
Fərdi13:39
Azərbaycanda FBL vahid multimodal nəqliyyat sənədinin tətbiqi planlaşdırılır
İnfrastruktur13:38
Azərbaycan BMT-nin Elektron Hökumət İndeksində ilk 30 ölkə sırasına daxil olmağı hədəfləyir
İKT13:37
İsrailin BMT-dəki səfiri Nyu-York merinin həbs olunmasına çağırıb
Digər ölkələr13:35
Zelenski sentyabr ayı ərzində Trampla görüşməyi planlaşdırır
Digər ölkələr13:33
Azərbaycanda aqrar maliyyələşmədə "Fermer hekayəsi" modeli tətbiq olunacaq
ASK13:31