Latviya klubu azərbaycanlı futbolçu ilə vidalaşıb

Futbol
  • 16 iyul, 2022
  • 11:46
Latviya klubu azərbaycanlı futbolçu ilə vidalaşıb

Latviyanın “Dauqavpils” klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.

Qeyd edək ki, Asim Əlizadə əsasən "ağ-qaralar"ın əvəzedici komandasında çıxış edib. Yarımmüdafiəçi martın 3-də Latviya təmsilçisinə icarəyə verilib.

44 - Tezliklə