Futzal Federasiyasının rəsmisi milli üzvləri ilə görüşüb

Futbol
  • 05 oktyabr, 2023
  • 06:50
Futzal Federasiyasının rəsmisi milli üzvləri ilə görüşüb

Azərbaycan Futzal Federasiyasının rəsmisi DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl milli üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, taktiki çalışmadan əvvəl federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçıları dinləyib.

O, Qazaxıstanla keçiriləcək oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlayacaq.