Emin Mahmudov: "Lixtenşteynə qarşı oyun öncəsi məsuliyyət var"

Futbol
  • 30 sentyabr, 2026
  • 19:20
Emin Mahmudov: Lixtenşteynə qarşı oyun öncəsi məsuliyyət var

Lixtenşteynə qarşı oyun öncəsi məsuliyyət var.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.

Yığmanın kapitanı Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun barədə danışıb:

"Sabah bizim üçün vacib oyun olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var".

Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

44 - Tezliklə