Dimitri Payet: "Milliyə qayıtmaq üçün Benzemanın butslarını təmizləyə bilərəm"

Futbol
  • 05 mart, 2022
  • 19:00
Dimitri Payet: Milliyə qayıtmaq üçün Benzemanın butslarını təmizləyə bilərəm

"Fransa millisinə qayıtmaq üçün Kərim Benzemanın butslarını təmizləyə bilərəm".

"Report"un məlumatına görə, bunu Fransa "Marsel"inin futbolçusu Dimitri Payet "L Equipe" nəşrinə açıqlamasında deyib.

35 yaşlı fransalı yarımmüdafiəçi yenidən yığmada oynamaq istədiyini bildirib: "Hücum xəttində rəqabət çox yüksəkdir. Seçimi baş məşqçi edir. Amma ora düşmək üçün hər şeyi etməyə hazıram".

Qeyd edək ki, Dimitri Payet Fransa millisində 38 oyuna 8 qol vurub. Təcrübəli oyunçu ötən ay "Marsel"in heyətində "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley off mərhələsinin hər iki matçında (3:1, 3:0) meydana çıxıb. O, Marseldəki ilk qarşılaşmada Ağdam təmsilçisinin qapısına yol tapıb.