DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6

Futbol
  • 12 iyun, 2026
  • 07:55
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya görüşü baş tutub.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc tapan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.

Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.

Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabda irəli çıxıblar - 2:1.

80-ci dəqiqədə O İn Qyu adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabı bərabərləşdiriblər - 1:1.

67-ci dəqiqədə Hvan İn Bom status-kvonu bərpa edib.

Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda avropalılar hesabda irəli çıxıblar.

59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.

Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.

Meksikada futbol üzrə dünya çempionatına start verilib.

"Report" xəbər verir ki, A qrupunun növbəti matçında Cənubi Koreya Çexiya kollektivi ilə qarşılaşır.

Qvadalaxara stadionunda başlayan görüşü misirli FIFA referisi Amin Omar idarə edir.

Oyunun start fiti saat 06:00-da səslənib.