Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb

Energetika
  • 18 noyabr, 2026
  • 05:16
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb

Çexiya və ABŞ respublikaya Amerika qazının tədarükü ilə bağlı sazişin yekun variantını razılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə ČTK agentliyi Çexiyanın Sənaye və Ticarət Nazirliyinin mətbuat katibi Tadeuş Provaznikə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sazişin 2027-ci ilin birinci rübündə imzalanması nəzərdə tutulub. ABŞ-dan tədarükün Çexiyanın illik qaz istehlakının 20 faizindən çoxunu qarşılayacağı ehtimal edilir.

Razılaşmanın digər detalları açıqlanmayıb.