Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq

Region
  • 18 noyabr, 2026
  • 03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq

Özbəkistanda Cizzax Atom Elektrik Stansiyasının ilk enerji blokunun tikintisinə 2026-cı ildə başlanması planlaşdırılır

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabineti yanında Atom Enerjisi Agentliyinin direktoru Azim Əhmədxadjayev "İzvestiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, enerji blokunun təməlində betonlama işlərinin bu ilin sonunadək başa çatdırılması və binanın birbaşa tikintisinə başlanılması nəzərdə tutulur. Texniki işəsalmanın isə 2029-cu ilin sonu – 2030-cu ilin əvvəlinə planlaşdırıldığı bildirilib.

Azim Əhmədxadjayev qeyd edib ki, gələcəkdə "Uzatom" qonşu ölkələrdən olan mütəxəssislərin hazırlanması üzrə Özbəkistanı regional mərkəzə çevirməyi planlaşdırır.

Bu məqsədlə 2019-cu ildə Özbəkistanda Milli Nüvə Tədqiqatları Universitetinin (MEPhI) filialı açılıb. Həmin vaxtdan indiyədək 215 mütəxəssis hazırlanıb. Agentlik bu sahədə əldə edilmiş təcrübənin bütün Mərkəzi Asiya ölkələri üçün əlçatan olmasını hədəfləyir.

44 filmi