Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Futbol
  • 18 noyabr, 2026
  • 02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report" xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.

Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.