"Mançester Siti" PSJ üzərində əzmkar qələbə qazandı

Futbol
  • 28 aprel, 2021
  • 20:52
Mançester Siti PSJ üzərində əzmkar qələbə qazandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

"Report"un məlumatına görə, Fransada PSJ ilə qarşılaşan İngiltərənin "Mançester Siti" komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71

Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyun günündə İngiltərənin digər klubu "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1. Cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.