Bakıda UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb

Futbol
  • 21 may, 2026
  • 10:38
Bakıda UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb

Qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Kurs Bakıda, Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşib.

Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov rəhbərlik ediblər.