Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
  • 10 sentyabr, 2022
  • 18:25
Azərbaycan Premyer Liqası: Zirə Səbailə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, "Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.

72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.

Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

44 - Tezliklə