"Atletik"in yarımmüdafiəçisi karyerasını Argentinada davam etdirə bilər
Futbol
- 07 yanvar, 2025
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentinada davam etdirə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Boka Xuniors" 35 yaşlı ispaniyalı futbolçu ilə danışıqlar aparır.
Argentina təmsilçisi yarımmüdafiəçi üçün artıq rəsmi təklif göndərib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Boka Xuniors" isə futbolçuya 2025-ci ilin dekabrına qədər müqavilə təklif edib.
"Transfermarkt" portalı oyunçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, A.Herrera cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. O, daha əvvəl PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Saraqosa" (İspaniya) kimi klublarda çıxış edib.
Son xəbərlər
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region