"Arsenal" əlavə vaxtda "Mançester Siti"yə məğlubiyyətdən xilas olub
Futbol
- 21 sentyabr, 2025
- 22:31

Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunun "Mançester Siti" ilə matçın son dəqiqələrində məğlubiyyətdən xilas olub.
"Report"un məlumatına görə, Londondakı "Emirates" stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.
Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açaraq, "Mançester Siti" önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.
"Mançester Siti" bu oyundan sonra 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.
"Şəhərlilər" növbəti turda sentyabrın 27-də doğma meydanda "Byornli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq.
Son xəbərlər
00:17
Foto
Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb
Hadisə23:51
Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb
Digər ölkələr23:30
Füzulidə yol qəzası olub, xəsarət alanlar var
Hadisə23:18
Almaniyanın hərbçisi: Ordu tezliklə dron əleyhinə sistemlərlə təchiz edilməlidir
Digər ölkələr23:04
Azərbaycan millisi Xorvatiyadakı dünya çempionatında ikinci yeri tutub
Fərdi22:54
Foto
Video
Ərdoğan ABŞ-yə səfər edib
Region22:38
Foto
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə 5 medal qazanıblar
Fərdi22:31
"Arsenal" əlavə vaxtda "Mançester Siti"yə məğlubiyyətdən xilas olub
Futbol22:09