Azərbaycanın parakamandan oxatma millisi Romada Avropa Kubokuna qatılıb

Fərdi
  • 26 may, 2025
  • 21:26
Azərbaycanın parakamandan oxatma millisi Romada Avropa Kubokuna qatılıb

Azərbaycanın parakamandan oxatma millisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa Kubokuna qatılıb.

"Report" xəbər verir ki, bu gün start götürən yarış mayın 31-dək davam edəcək.

Turnirdə paralimpiyaçılardan Əli Nəbiyev, Ceyhun Nəbiyev və Şahin Cabbarov qalib adı uğrunda mübarizə aparır.

Qeyd edək ki, yığmanı yarışa baş məşqçi İlqar Abbasov hazırlayıb.