Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb
Fərdi
- 22 dekabr, 2015
- 12:04
Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının cüdoçusu Rüstəm Orucov növbəti medalını qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı Portuqaliyanın “Sportinq” klubunun heyətində Avstriyanın paytaxtı Vyanada Qızıl Liqa turnirinin bürünc medalına sahib olub.
Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” əvvəlcə Rusiyanın “Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Növbəti görüşündə Portuqaliya təmsilçisi Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə isə ev sahiblərinə – “Galaxy Tigers Vienna”ya 4:1 hesabı ilə qalib gələn Rüstəm Orucovun komandası bürünc medala yiyələnib.
Son xəbərlər
21:55
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr21:47
Türkiyədə yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib
Region21:25
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Hadisə21:15
AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub edib
Komanda21:11
Foto
Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
Biznes20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var
Hadisə20:28
Azərbaycan Premyer Liqasında II tura start verilib
Futbol20:26