Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 22 avqust, 2026
  • 23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam adlı şəxs (soyadı dəqiqləşdirilir - red) ölüb.

Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza zamanı daha bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.