Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var

Hadisə
  • 22 avqust, 2026
  • 20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb. Belə ki, minik avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motisikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.