Türkiyədə yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib

Region
  • 22 avqust, 2026
  • 21:47
Türkiyədə yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib

Türkiyənin Elazığ vilayətində yaşayış binasının zirzəmisində baş verən yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib, 16 nəfər isə xilas edilib.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, yanğın altımərtəbəli binanın zirzəmisində naməlum səbəbdən başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və jandarm qüvvələri cəlb edilib.

Tüstüdən zəhərlənən 12 nəfərə, o cümlədən iki yanğınsöndürənə hadisə yerində ilkin tibbi yardım göstərilib. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.