Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 22 avqust, 2026
  • 20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Qarabağ bürosunun xəbərinə görə, hadisə Bayandurlu kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Tural Nəbiyevun idarə etdiyi "Hyundai Santa fe" avtomobili 1971-ci il təvəllüdlü Qəribxan Əliyevi vurub. Ağır xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.