Yerlan Akkenjenov: "Qazaxıstan BTC ilə ixracı artırmaq üzərində işləyir"

Energetika
  • 02 oktyabr, 2025
  • 14:36
Yerlan Akkenjenov: Qazaxıstan BTC ilə ixracı artırmaq üzərində işləyir

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracının artırılması üzərində işləyir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkənin energetika naziri Yerlan Akkenjenov XVI "KazEnergy" Avrasiya Forumunun kuluarlarında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayında Qazaxıstan BTC ilə 923 min ton neft nəql edib. Nazir xatırladıb ki, Azərbaycanla saziş bu boru kəməri ilə tranzitin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

"Buna görə biz bu həcmləri artırmaq üçün həmkarlarımızla daim işləyirik. Bütövlükdə, bu marşrut həm Qazaxıstan yükgöndərənləri, həm də beynəlxalq neft şirkətləri üçün böyük maraq doğurur", - o qeyd edib.

Y.Akkenjenov həmçinin bildirib ki, 2025-ci ildə BTC ilə 1,2 milyon ton Qazaxıstan nefti ixrac edilə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti