Türkiyə 2024-cü ildə Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub
- 19 fevral, 2025
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2024-cü ildə Türkiyəyə 9 milyard 812 milyon 155,67 min kubmetr təbii qaz ixrac edib.
“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 2 milyard 985 milyon 917,14 min ABŞ dolları təşkil edib.
2023-cü ilin göstəricisi ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 9,6 %, dəyər ifadəsində isə 18,9 % azalıb.
Ümumilikdə, 2024-cü ildə Azərbaycan 8 milyard 406 milyon 728,72 min ABŞ dolları məbləğində (azalma 38,5 %) 25 milyard 772 milyon 217,76 min kubmetr qaz (-3,2 %) ixrac edib.
Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Gürcüstan daxildir.
Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında birinci yeri tutub - ötən il Azərbaycandan ixrac edilən qazın 38,1 %-i bu ölkənin payına düşüb.
İkinci yerdə 38 % payla İtaliya qərarlaşıb. Bu ölkəyə 4 milyard 52 milyon 665,42 min ABŞ dolları dəyərində (-1,98 dəfə) 9 milyard 798 milyon 427,04 min kubmetr qaz (-8,5 %) tədarük edilib.
Hesabat dövründə Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yerdə 12,7 % payla Gürcüstan gəlir. Bu ölkəyə 322 milyon 706,07 min ABŞ dolları məbləğində (- 6,9 %) 3 milyard 266 milyon 196,03 min kubmetr qaz (+1,5 dəfə) tədarük edilib.