“Saudi Aramco” növbəti 10 ildə qaz hasilatına 150 mlrd. dollar yatıracaq
- 27 noyabr, 2018
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti növbəti 10 il ərzində özünün qaz layihələrinə 150 mlrd. dollar investisiya etməyi planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə şirkətin rəhbəri Amin Əl-Nasser “Reuters”ə açıqlamasında bildirib.
“Gündəlik qaz hasilatı indiki 14 mlrd. kubfutdan (396,4 mln. kubmetr) 23 mlrd. kubfuta (651,3 mln. kubmetr) qədər artacaq”,- agentlik bildirir.
Əl-Nasser həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanında həmçinin dünya səviyyəli qeyri-ənənəvi qaz resursları mövcuddur: “Hazırda bizim qeyri-ənənəvi qaz hasilatı ilə məşğul olan 16 qazma qurğumuz və bu il ərzində qazılmış 70-dən çox quyumuz var”, - Əl-Nasser Dubayda keçirilən konfransda çıxışı zaman bildirib.
Onun sözlərinə görə, “Aramco” həmçinin növbəti 10 il ərzində bütün dünya üzrə neft-kimya layihələrinə investisiya yatırmağı planlaşdırır.