Ötən il Yunanıstan Azərbaycandan neft alışını 2,3 dəfə artırıb
- 23 yanvar, 2024
- 07:54
2023-cü ildə Azərbaycan Yunanıstana 743 min 513,5 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 455 milyon 309 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Yunanıstana ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 2,3 dəfə, dəyəri isə 83,8 % çoxdur.
Yunanıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,85 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.
Ötən ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.