Gəncədə Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

Daxili siyasət
  • 27 sentyabr, 2026
  • 12:29
Gəncədə Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

Anım Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, onların ruhlarına dualar oxunub.

Saat 12:00-da isə şəhər ərazisində şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.