Cənubi Afrikada kütləvi atışma nəticəsində 17 nəfər ölüb
Digər ölkələr
- 27 sentyabr, 2026
- 12:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "The Independent" milli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib.
"AK-47" avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində dördü qadın olmaqla, 17 nəfər həlak olub, 15 nəfər yaralanıb", - məlumatda deyilir.
Polisin məlumatına görə, hücum edənlər qurbanların mobil telefonlarını oğurlayıb, həmçinin iki avtomobili yandırıblar. Bundan sonra onlar hadisə yerindən qaçıblar.
Son xəbərlər
15:20
Binəqədidə obyekt yanır
Hadisə
15:14
Deputat: "Büdcə xərcləri hesabına neçə iş yeri yaradılacağı proqnozlaşdırılmalıdır"
Maliyyə
15:13
Hikmət Hacıyev: NATO ilə tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır
Xarici siyasət
15:11
Foto
Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
Fərdi
15:08
Tokayev hüquq-mühafizə orqanlarında yol verilən nöqsanlara görə DİN rəhbərinə töhmət verib
Region
15:07
Foto
Azərbaycan və Gürcüstan dəmir yolu daşımalarında operativliyi müzakirə edib
İnfrastruktur
15:06
Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılıb
Elm və təhsil
15:06
Ukrayna Rostovda neft bazasına zərbələr endirib
Digər ölkələr
15:02
Sibiqa: Ukrayna və Aİ-nin sülh prosesi ilə bağlı mövqeyi razılaşdırılıb
Digər ölkələr