Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir

Daxili siyasət
  • 27 sentyabr, 2026
  • 12:45
Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir:

"Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".

Qeyd edək ki, YAP-nin 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.

44 - Tezliklə