Ötən il Azərbaycan xaricə dəyəri 25 milyon dollardan artıq neft koksu satıb
- 28 yanvar, 2022
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 280,876 min ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 25,357 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracındakı payı 0,11 % olub.
Xatırladaq ki, neft koksu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. NEZ regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.