IEA Azərbaycanda iyun ayı üzrə neft hasilatının gündəlik həcmini açıqlayıb

Energetika
  • 11 iyul, 2024
  • 08:42
IEA Azərbaycanda iyun ayı üzrə neft hasilatının gündəlik həcmini açıqlayıb

Bu ilin iyun ayında Azərbaycanda neft hasilatının gündəlik həcmi may ayı ilə müqayisədə 0,03 milyon barel çox - 0,49 milyon barel təşkil edib.

“Report” bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan 0,06 milyon barel geri qalıb.

“OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) müəyyən edilib.

44 - Tezliklə