Bu il BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi 12 dəfə artıb

Energetika
  • 09 sentyabr, 2023
  • 05:40
Bu il BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi 12 dəfə artıb

Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istiqamətində neft tədarükünü 838 min tona çatdırıb.

Bu barədə “Report” “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda görə, 2022-ci ilin yanvar-avqust aylarında BTC boru kəməri istiqamətində tədarük edilən Qazaxstan neftinin həcmi 69 min ton olub. Belə ki, ötən ilin müvafiq dövrü ilə BTC istiqamətində Qazastan neftinin tədarükü 12 dəfə artıb.

Ümumilikdə, bu ilin 8 ayı ərzində Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 54 % artaraq 2 milyon 164 min tona çatıb.

“KazTransOil” şirkətinin məlumatında deyilir ki, ixra edilən neftin 520 min tonu “Tengiz” yatağından, 252 min tonu “Dunqa” yatağından, 1 milyon 385 min tonu Buzaçı yarımadasındakı yataqlardan və 7 min tonu “Kaşaqan” yatağından hasil edilib.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

44 - Tezliklə