Azərbaycanın 5 ayda idxal etdiyi təbii qazın həcmi və dəyəri açıqlanıb
- 16 iyul, 2025
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 195 milyon 642,8 min kubmetr təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azdır.
Azərbaycana idxal olunan qazın dəyəri isə 32 % azalaraq 30 milyon 89,9 min ABŞ dolları təşkil edib.
Göstərilən həcmdə Türkmənistan qazının payı 26 milyon 160,14 min ABŞ dolları (-40,8 %) dəyərində 174 milyon 400,96 min kubmetr (-40,8 %) təşkil edib.
Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. Ötən ilin yanvar-may aylarında Rusiyadan Azərbaycana "mavi yanacaq" tədarük edilməyib.
2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 86 milyon 988,38 min ABŞ dolları (-4,2 dəfə) dəyərində 546 milyon 819,58 min kubmetr (2023-cü illə müqayisədə 4,3 dəfə az) təşkil edib. İdxal Rusiya və Türkmənistandan həyata keçirilib.