Azərbaycana bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb
- 15 aprel, 2025
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana bəyan edilmiş qaz idxalının həcmi 102 milyon 415,03 min kubmetr təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.
Bu müddət ərzində Azərbaycana idxal olunan qazın dəyəri 2 dəfə azalaraq 15 milyon 907,42 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qaz idxalının ümumi həcmində 13 milyon 25,84 min ABŞ dolları dəyərində (azalma 2,4 dəfə) 86 milyon 838,94 min kubmetr "mavi yanacaq" (azalma 2,4 dəfə) Türkmənistandan tədarük edilib.
Bundan başqa, yanvar-fevral aylarında Rusiyadan 2 milyon 881,58 min ABŞ dolları dəyərində 15 milyon 576,09 min kubmetr qaz idxal edilib. 2024-cü ilin eyni dövründə bu ölkədən Azərbaycana qaz tədarükü həyata keçirilməyib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalının dəyəri 86 milyon 988,38 min ABŞ dolları (azalma 4,2 dəfə), həcmi isə 546 milyon 819,58 min kubmetr (azalma 4,3 dəfə) təşkil edib. İdxal Rusiya və Türkmənistandan həyata keçirilib.