Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini müzakirə edib
- 29 aprel, 2024
- 12:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla OPEC Beynəlxalq İnkişaf Fondu (OPEC Fund) arasında ikitərəfli əlaqələrin təşviqi müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Səudiyyə Ərəbistanına səfərimiz zamanı OPEC Beynəlxalq İnkişaf Fondunun ("OPEC Fund") baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpaolunanenerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
#Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, #bərpaolunanenerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr… pic.twitter.com/pvtNk898FX
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2024