Azərbaycan neftinin qiyməti yenidən 50 dollar həddini keçib

Energetika
  • 07 iyun, 2016
  • 05:30
Azərbaycan neftinin qiyməti yenidən 50 dollar həddini keçib

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və yaxud 1,50% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,72 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.