Azərbaycan I yarımildə Türkmənistandan 300 milyon kubmetrdən çox qaz alıb
- 15 avqust, 2024
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 303 milyon kubmetr təbii qaz idxal edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə azdır.
Söhbət Dövlət Gömrük Komitəsinin qeydə aldığı (bəyan olunan) həcmlərdən gedir. 6 ay ərzində Azərbaycana idxal olunan qazın dəyəri isə 1 il əvvələ nisbətən 5,6 dəfə azalaraq 45,455 milyon ABŞ dolları təşkil edib.
Statistik məlumata görə, hesabat dövründə qaz idxalının bütün həcmi Türkmənistanın payına düşüb. Eyni zamanda, bu dövrdə Türkmənistan qazının tədarükünün azalması həm kəmiyyət, həm də dəyər ifadəsində 2,4 dəfə olub.
2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 362 milyon ABŞ dolları dəyərində 2 milyard 332,25 milyon kubmetr təşkil edib.