Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
- 22 sentyabr, 2026
- 17:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu barədə müzakirələr P. Şahbazovun Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə aparılıb.
O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükü, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində #enerjiəməkdaşlığı|nın genişləndirilməsi perspektivlərini müzakirə… pic.twitter.com/Lw6gJdECxJ
— Parviz Shahbazov (@ParvizShahbazov) September 22, 2026