Gündüz İsmayılov: "Bəzi dini icmaların hüquqi ünvanları qarajlardır"

Din
  • 29 iyun, 2018
  • 08:16
Gündüz İsmayılov: Bəzi dini icmaların hüquqi ünvanları qarajlardır

Bakı. 29 iyun. REPORT.AZ/ "Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır".

"Report" xəbər verir­ ki, bunu Dini Qurumlarla İş üzrə Dövlə­t Ko­mitəsinin sədr mü­avi­ni Gündüz İsmayılov “Dövlət­-d­in münasibətlərinin­ ­hüquqi bazası” mövzu­­sunda respublika müşavirəsində deyib.

Onun sözlərinə görə, hazırda həmin dini icmaların ləğvi problem yaradır: "Dövlət Komitəsi bu dini icmaları ləğv edə bilməz, bunun üçün məhkəməyə müraciət olunmalıdır. Belə icmaların ləğvi sahəsində Dövlət Komitəsinə səlahiyyət verilərsə, bu müsbət hal olar. Biz bundan məmnun olarıq".